SOSİAL

“Azərişıq”da MÜƏMMALI TƏYİNATLAR

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.
Kainat.tv-nin  məlumatına görə, ASC-nin qərb regionunda fəaliyyət göstərən rəislərin yerləri dəyişdirilib.
Gədəbəy  rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Qazax rayonuna, Qazax rayonunun rəisi Akif Əsgərov Gədəbəy rayonuna təyinat alıb.
 2019-cu il iyunun 3-də yuxarıda adları çəkilən rəislərin yerləri dəyişdirilmişdi. Belə ki,  Qazax rayon elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov Ağstafa rayonuna təyin edilmişdi. Eyni zamanda, Ağstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Gədəbəyə, Gədəbəy rayonunun rəisi Akif Əsgərov Qazax rayonuna rəis vəzifəsinə təyinat almışdılar.
Əldə etdiyimiz məlumata görə, Akif Əsgərov ötən 1 il ərzində Gədəbəy rayon elektrik şəbəkəsinə rəis qayıtmağa çalışırdı və buna nail oldu. Hazırda A.Əsgərov Gədəbəy rayon elektrik şəbəkəsində təhvil-təslim işləri həyata keçirir.
Məsələ ilə Azərişıq ASC ilə saxladıq. Kadr dəyişikliyi faktını təsdiq etdilər. Qurumun mətbuat xidtindən bildirildi ki, Akif Əsgərovun tez bir zamanda  yenidən Gədəbəy rayon elektrik şəbəkəsinə təyin olunmasının hər hansı bir məsələ ilə bağlılığı yoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button