SOSİAL MEDİA

Necati Şaşmaz “Eşkıya dünyaya hükümdar olmaz”da?

“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı artıq ATV-dəki beşinci mövsümünə hazırlaşır.
Kainat.tv axşam.az-a istinadən xəbər verir ki, yeni mövsümdə ekran işində bir çox dəyişikliklərin olacağı gözlənilir. Bəzi mənbələr isə “Kurtlar Vadisi”ndəki Polat Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın seriala qatılacağını bildirib.
Polat Alemdar və Süleyman Çakır (Oqtay Kaynarca) bir neçə il “Kurtlar vadisi”ndə birlikdə rol alıblar. Bu xəbərə isə ən çox sevinənlər serialın pərəstişkarları olub. Onlar iddiaların gerçək olduğu halda bu mövsüm “Eşkıya Dünyaya Hükümdar Olmaz”ın ən çox izlənən ekran işi olacağını yazıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button