Qubernatorla onlayn görüşdə Putinə zəng gəldi o, dəstəyi götürdü və...- VİDEO

Qubernatorla onlayn görüşdə Putinə zəng gəldi o, dəstəyi götürdü və...-Rusiya prezidenti Vladimir Putin Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovla onlayn söhbət edərkən maraqlı hadisə yaşanıb.

Yeniavaz.com xəbər verir ki, Putin Kalininqrad vilayətinin qubernatoru ilə görüntülü danışarkən, ona müəmmalı zəng gəlib. Bir neçə saniyə telefona baxdıqdan sonra qubernatora müraciət edərək, "gözlə, sənə yenidən zəng edib danışacam" deyərək onunla söhbəti yarıda kəsib. Daha sonra otaqda yerləşdirilən xüsusi telefonla zəng edir ancaq, 9 saniyə dəstəyi götürən olmur. Bunu görən Putin, "deyəsən yerində yoxdur" deyə gileylənib. 10-cu saniyədə telefonun o biri ucunda kimsə prezidentə cavab verib. Putin: "Birincisi, mən hazırda Anton Əlixanovla danışırım, ikincisi..." bu hissəsində Rusiya prezidentinin sözləri kəsilir. Danışıqdan əvvəl isə Putinin mikrofonu bağladaraq kağıza nəsə yazması və köməkçisinə göstərdikdən sonra görünməyən şəkildə yenidən stolun üstünə qoyması gözlərdən qaçmayıb. Rusiya prezidentinin otağında baş verən həmin hadisələrin görüntülərini təqdim edirik:
 
Kainat.tv