Mediada yayılan məlumatlara Göyçay rayon İcra Hakimiyyətindən RƏSMİ MÜNASİBƏT

Mediada yayılan məlumatlara Göyçay rayon İcra HakimiyyətindənGöyçay rayon İcra Hakimiyyətindən Media Xəbərləri saytında yayımlanan QƏRƏZLİ materialla bağlı MÜNASİBƏT bildirildi.

Bu barədə Kainat.tv-yə Göyçay rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, "Göyçay rayon icra hakimiyyəti başçısı tərəfindən yardımın bir qutusunu 20 manata satılması barədə yayımlanmış materialla bağlı bildiririk ki, yayılmış məlumatlar qərəzli olmaqla, həqiqətə uyğun deyildir.
Araşdırma zamanı məlum olmuşdur ki, müraciəti imza edən şəxslərin ad və soyadları saxtadır, müraciətdə qeyd olunan mobil nömrə işlək deyil, həmin şəxslərin heç biri Göyçay şəhərində qeydiyyatda yoxdur.
Media Xəbərləri saytının əməkdaşları ilə əlaqə saxlanıldıqdan sonra məlum olmuşdur ki, onlar ətraflı araşdırma aparmadan məlumatı saytda yayımlamışlar. Media rəhbərliyinə onları məhkəməyə veriləcəyi bildirildikdən sonra onlar yerləşdirilmiş materialı saytdan çıxarmışlar.
Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, rayonun vəzifəli şəxsləri haqqında bu və ya digər materialların təşkilatçısı Göyçay Sanitar-Təmizlik idarəsinin sabiq rəisi Loğman Əliyevin oğlu Əhliman Əliyevdir. Bütün bunlarla bağlı hazırda müvafiq məlumatların toplanması işləri aparılır və yaxın günlərdə müvafiq tədbirlər görülməsi üçün rayon məhkəməsinə təqdim ediləcəkdir."
 
Kainat.tv