MANŞET

SON DƏQİQƏ: ermənistanda SƏFƏRBƏRLİK – ehtiyatda olan erməni zabitlər TƏCLİ ORDUYA ÇAĞRILDI

Ermənistanda 15 sentyabrdan başlayaraq, ehtiyatda olan birinci qrup kiçik zabitlərin və zabitlərin orduda təlimi başlayacaq.

Kainat.tv xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan açıqlama verib.

– Advertisement –

Onun sözlərinə görə, ehtiyatda olanların hər biri 10 gün təlim keçəcək:

“Təlim ümumilikdə ehtiyatda olan 786 nəfərə şamil olunacaq. Onlardan 524 nəfər sıravi, 82 nəfər kiçik zabit, 180 nəfər isə ehtiyatda olan zabitdir”.

Ümumilikdə təlimlər 15 dekabra qədər davam edəcək.

Müdafiə Nazirliyi təlimlərin əsas məqsədinin son vaxtlar ordunun əldə etdiyi yeni silahlarla ehtiyatda olan zabit və əsgər heyətinin tanış olması və onlardan istifadəni mənimsəməsi ilə bağlıdır.

Qeyd edək ki, hazırkı koronavirus pandemiyası zamanı Ermənistanın ehtiyatda olan əsgər və zabitləri təlim üçün orduya cəlb etməsi birmənalı qarşılanmayıb. İddialara görə, bu, Ermənistanın müharibə hazırlığı ilə bağlıdır.”Qazet.az”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button