MANŞET

İran molla rejiminin Azərbaycan şəbəkəsi – l yazı

İran molla rejiminin Azərbaycan ilə bağlı plan və düşüncələri bir daha sübut edir ki, bu ölkənin strateji məqsədi nədir. Zaman-zaman Azərbaycan Respublikası vətəndaşlarının İran xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etmələri haqqında eşitmiş və görmüşük. Molla rejiminin kəşfiyyat qollarından biri olan “BƏSİC”in strukturu və fəaliyyəti İran adlı ölkənin terror yuvası olduğunu deməyə əsas verir. “BƏSİC”ilik həm də terrorçu“ hizbullah deməkdir.
İranın hər bir yaşayış məskənində “BƏSİC” dəstələri vardır. Bəsic üzvləri əsasən imkansız dindar ailələrin üzvlərindən seçilir və yerli məscidlər tərəfindən maliyyələşdirilir. Beləliklə, həmin məhəllə sonucda mollanın əsgərinə çevrilir. Azərbaycan Respublikasında İrandakı “Dünya Müsəlmanları Dini Lideri”nin nümayəndəliyi tərəfindən idarə olunan “BƏSİC”ilik şəbəkəsi yaradılıb. İmkansız, inanclı vətəndaşa aylıq maliyyə yardımlarının olunması “bəsici”lik şəbəkəsi deməkdir. Dəhşət saçan başqa bir mənzərə isə, öz alnının təri ilə pul qazanan inanclı vətəndaşların məscidlərə etdikləri yardımların sayəsində bunlar başa gəlir.
Bakıdakı “Hüseyniyyə” məsçidi belə mərkəzlərdən biridir. Azərbaycan insanı bu gün də “Dünya Müsəlmanları Dini Lideri”nin Bakıdakı nümayəndəliyinin başçıcı tərəfindən yönləndirilir. Cümə namazı zamanı Azərbaycanın hər yerindən “Hüseyniyəyə” gələrək “ali dini rəhbər”in nümayəndəsinin “moizələri”ni dinləyən dindarlar onun hansı yöndə dini-ideoloji təbliğatlar aparacağına diqqət yetirirlər. Bununla yanaşı, imkanlı, inanclı dindarlar “xüms”-“zəkat” vermək üçün yarışa girirlər. “Bəsici”lik İran molla rejiminin mollalar tərəfindən idarə olunan “şapalaq vuran” sosial gücü deməkdir. İstənilən yaşayış məntəqəsində rejimin nümayəndəsi olan mollanın bir fitvası ilə “bəsici” adlanan kəsimin vasitəsilə hər şeyi alt-üst edə bilər.
Din pərdəsi altında İranın yüksək rütbəli kəşfiyyatçı zabitləri Azərbaycanda “bəsici”lik ideyası ilə şəbəkələşməyə çalışırlar. Elə buna görə də respublikada fəaliyyət göstərən İran səfiri “Dünya Müsəlmanları Dini Lideri”nin nümayəndəliyinin rəhbərini görəndə dördqat əyilib “bəçeşm ağa” (gözüm üstə) deyərək təzim edirlər.
“Xüms-zəkat”lar haraya gedir?
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, indiki məqamda duruma görə İran kəşfiyyatının formalaşdırdığı “bəsic” sistemi zahirən passiv görünür. Onların qarşısında duran vəzifə dini tədbirlərdə iştirak etmək, İrana bağlı ticarət şəbəkələrində işləmək, dini mərasimlərdə, özəlliklə məhərrəmlikdə fəallıq göstərmək, İranın dini siyasətini yürüdən mollaların nüfuzunu yüksəltməkdən ibarətdir. Beləcə İranın strateji hədəflərinə uyğun düzən addım-addım formalaşır. Bu proses Bakıdakı “Hüseyniyyə” məsçidi üzərindən idarə olunur. Həmçinin, əvvəllər Bakıda fəaliyyət göstərən “Emdade Xomeyni” cəmiyyətinin funksiyasını bu gün “Hüseyniyyə” məsçidi icra edir. Bu, hələ aysberqin görünən tərəfləridir. “İran Mədəniyyət Mərkəzi” adlı strukturu da yaddan çıxartmaq olmaz. Çünki, “Hüseyniyyə”də özünü “sədaqət” baxımından isbat etmiş insanlar həmin mədəniyyət mərkəzində təlimlər alırlar. Yüksək səviyyədə “etibar” qazananlar isə İran mollaxanalarında təlim almaq üçün göndərilirlər. İranın “bəsici”lik və “hizbullahçı”lıq siyasəti üçün yetişdirilirlər. Beləliklə də, dünyanın ən ucuz qiymətə başa gələn cəsusluq şəbəkəsi yaradılmış olur. Bu strukturlaşma adi bir məhəllədə nələrin baş verdiyi və həmin məkanı savadsız kütlənin vasitəsilə idarə etmək sistemi deməkdir.
Dini təbliğatların arxa baxçası.
Bu gün Azərbaycan Respublikasında 2050 məscid fəaliyyət göstərir. Bunların ümumi tutumu 300 min nəfər təşkil edir. Cənub bölgəsində 546, Aran bölgəsində 332, Şimal-Qərb bölgəsində 274 məscid gündəlik fəaliyyət göstərirlər. Faktiki olaraq, hər həftə cümə namazlarında iştirak edənlərin ortalama sayı 500 min nəfərə yaxındır. Bu qədər məsciddə iştirak edənlərin demək olar ki, 90 faizi cəfərilik məzhəbinə bağlıdırlar. İran molla rejimi bütün bunları diqqətlə incələyərək, məhz, bu fakta söykəmli şəkildə öz cəsus şəbəkəsini çox asanlıq qura bilir. Özəlliklə dini və yas mərasimlərində İranın cəsuslarına çevrilmiş əksər mollalar məhz, höccətülislam “Hüseyniyyə” mərkəzində hazırlanmış moizələr əsasında təbliğatlar aparırlar. Çünki, müftəxorcasına yaşamaq prinsipi bunu tələb edir. Onlar bir yandan “Hüseyniyyə” mərkəzindən, o biri yandan yas mərasiminin sahibindən pul qoparmaqla özlərini çox rahat hiss edirlər. Heç bir əzab-əziyyət çəkmədən İrana cəsusluq etməyin “dadı”nı çıxarırlar. Paytaxt Bakıda mollalar sakit görünsələr də, Azərbaycanın bölgələrində onlar özlərini daha sərbəst aparırlar. Hətta dini və yas mərasimlərində daha qabarıq şəkildə meydan sulayırlar. İran ayətullahlarının açıq şəkildə təbliğatlarını aparmaqdan belə, çəkinmirlər. Yerli əhalinin dini savadsızlığı ucbatından mollalar asanlıqla fəallıq göstərirlər. Hətta, Qərb dövlətlərini, ABŞ və İsraili mənfur düşmən timsalında təqdim etməkdən belə çəkinmirlər.
İran molla rejiminin “Mərgi Amrika, mərgi İsrail” (Amerikaya ölüm, İsrailə ölüm) tipli təbliğatları da olunur. İran molla rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə gizlədirlər. Guya “İranın daha dərin strateji hədəfləri var” – deyərək verilən sullardan yayınırlar…
“GÜN” Analitik informasiya şöbəsi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button