Prezident bu rayonlara yeni icra başçıları TƏYİN ETDİ

Prezident bu rayonlara yeni icra başçılarıPrezident İlham Əliyev iki yeni icra başçısı təyin edib.

Kainat.tv xəbər verir ki, dövlət başçısı Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin başqa bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.