İDMAN

“Neftçi”nin futbolçuları “Qalatasaray”a qalib gələcəkləri təqdirdə bu qədər pul alacaqlar – FOTO

Sabah UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununa görə qonaq komandaya jest edilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın türkləri məst edən jestinə Türkiyə mətbuatında da geniş yer verilib. Azarkeşsiz matçın keçiriləcəyi stadionda Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Mustafa Kamal Atatürkün sözlərinə də yer verilib.

Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri yazılan plakat açılıb.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. İddiaya görə, qalib gələcəkləri halda Azərbaycan klubunun üzvlərinin hər birinə 20 min manat (10 min avro) qonorar veriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button