Türkiyə millisinin ulduzu "Barselona"ya keçir

Türkiyə millisinin ulduzu Türkiyə millisinin və İngiltərənin "Lester" klubunun müdafiəçisi Çağlar Söyüncü "Barselona"ya keçməyə yaxındır.
Kainat.tv offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı futbolçunun meneceri Mustafa Doğru məlumat verib. İspaniyanın məşhur "AS" nəşrinə açıqlama verən Doğru Çağların bu yay baş tutacaq transfer pəncərəsi dövründə Kataloniya təmsilçisinə keçəcəyini bildirib:
"Çağlar bu yay "Barselona"ya gedəcək. Əslində "Barselona" onu hələ "Altınordu"da çıxış edən zamanlardan transfer etmək istəyirdi, lakin biz Çağların davamlı oynaya biləcəyi və inkşaf edə biləcəyi bir kluba getməsini üstün tutduq və o, "Frayburq"a getdi"
Mustafa Doğru türkiyəli futbolçu ilə eyni zamanda "Liverpul" və PSJ kimi klubların da yaxından maraqlandığını bildirib.
Qeyd edək ki, 2018-ci ildə "Lester"ə transfer edilən futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir. (Ölkə.Az)