Nazir və işçiləri tərəfindən süründürülərək təhqir olunan İlqar Rəhimov icra başçısına təşəkkür etdi

Nazir və işçiləri tərəfindən süründürülərək təhqir olunan İlqar Rəhimov icra başçısına təşəkkür etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və onun işçiləri tərəfindən 9 aydır ki, süründürülən, nazirliyin qəbul şöbəsinin müdiri Rauf Balamiyev tərəfindən hətda təhqir olunan I qrup anadangəlmə əlil İlqar Rəhimov növbəti dəfə Kainat.tv-yə videomüracət ünvanlayıb.

Müraciətdə İlqar Rəhimov ƏƏSMN-də hökm sürən özbaşınalıqdan, süründürməçilikdən ətraflı söhbət açıb. Eyni zamanda fürsətdən istifadə edərək, İlqar Rəhimov Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə ona göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Kainat.tv həmin videomüraciəti təqdim edirik: