ELDAR MAHMUDOVUN LONDON MÜLKLƏRİ – Baş Prokurorluq şərh verəcək

ELDAR MAHMUDOVUN LONDON MÜLKLƏRİ –Eldar Mahmudovun London mülkləri ilə bağlı Bakıdan açıqlamalar - Prokurorluq açıqlama yayacaq.
 
Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülkləri ilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Kainat.tv xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə "BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

"Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar", deputat bildirib.
 
Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb. Baş Prokurorluq bu araşdırma ilə bağlı şərh verəcəyini bildirib.