9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü - VİDEO

9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü - VİDEOABŞ-ın İllinoys ştatının 9 yaşlı sakininə 5 nəfəri öldürmək və yanğın törətməklə bağlı ittiham irəli sürülüb.

Kainat.tv xarici KİV-ə istinadla xəbər verir ki, oğlan aprelin 6-da ev yandırıb. Nəticədə üçü uşaq olmaqla 5 nəfər ölüb. Daha iki nəfəri xilas etmək mümkün olub. Yanğın axşam saat 11-də başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda, alov evi tamamilə bürüyübmüş. Əgər oğlan mühakimə olunarsa, onu 5 il sınaq müddəti həbs gözləyir.