Güclü külək avtomobili havaya qaldırıb yerə çırpdı - VİDEO

Güclü külək avtomobili havaya qaldırıb yerə çırpdı - VİDEO

ABŞ-ın Nyu Cersi ştatında baş verən şiddətli fırtına avtomobili tərsinə çevirib.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Maunt Lorel qəsəbəsində qeydə alınıb. Görüntülərdə əsən güclü külək park edilmiş avtomobili havaya qaldıraraq tərsinə yerə çırpdığı görülür. Bir müddət sonra şiddətini azaldan fırtına geriyə böyük məbləğdə maddi ziyan buraxıb. Polis nəqliyyat vasitəsinin güclü fırtına səbəbindən çevrildiyini maşının park edilmiş vəziyyətdə olduğu üçün ölən və ya yaralanın olmadığı bildirib.

Kainat.tv