Fədayə Laçının azadlığa çıxacağı dəqiq tarix bəlli oldu

Fədayə Laçının azadlığa çıxacağı dəqiq tarix bəlli olduHəbsdə olan müğənni Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb.

Kainat.tv-nin xəbərinə görə, bu barədə müğənninin bacısı İlahə Fəda “Xəzər” kanalında yayımlanan “5-də 5” verilişində məlumat verib.
O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını və səbirsizliklə həmin günü gözlədiklərini bildirib. Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib.