MSK bu gün iclas keçirir - TƏCİLİ

 

 

Bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
 
Pravda.az-ın xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar veriləcək.

Seçki dairələrindən bir neçəsinin nəticələrinin ləğv edilməsi gözlənilir.
 
Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 seçki dairəsinin nəticələri ləğv edilib:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.