İlham Əliyevin “Valday”dakı çıxışı Ermənistanı partlatdı - İCMAL

İlham Əliyevin “Valday”dakı çıxışı Ermənistanı partlatdı - İCMALAzərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı hazırda qaynar nöqtəyə çatan Ermənistandakı daxili siyasi vəziyyəti ağırlaşdırıb.

Media.Az yazır ki, bundan başqa, Azərbaycan dövlət başçısının “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyərək açıq bəyanat verməsi Ermənistan Baş naziri “Qarabağ – Ermənistanındır və nöqtə” fikrinin rədd edildiyini göstərir.
Bundan əlavə, Azərbaycan rəhbərliyinin Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda səsləndirdiyi fikirlərdən sonra verdiyi pauza Yerevana açıq şəkildə anlamağa icazə verdi ki, erməni baş nazirin bu bəyanatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyib və bu fikirlər “Qarabağ klanı”nda simpatiya yaratmaq üçün deyilib.
Beynəlxalq ekspertlər Nikol Paşinyanın bəyanatının yolverilməzliyi və məntiqsizliyindən danışıblar, Soçidə keçirilən “Valday” forumu çərçivəsində Rusiya Daxili İşlər naziri Sergey Lavrov da erməni baş nazirin fikirlərini tənqid edib.

Bununla yanaşı, Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, danışıqlar prosesi dondurulub. Belə ki, İlham Əliyevin dünyanın bir sıra ölkələrinin liderlərinin, aparıcı dünya mütəxəssislərinin qarşısındakı nitqi lazımi vaxtda və yerdə edilib. Bunu hətta Ermənistanda da etiraf ediblər. Ötən şənbə günü Yerevanda “Zerkalo” nəşrinin redaksiyasına hücum olub. Aksiya iştirakçıları özləri də etiraf ediblər ki, onlar binada vandalizm aktı həyata keçirmək niyyətində olublar, əgər qapılar açıq olsaydı, bu KİV-i bağlamağı tələb edəcəkdilər. Onlar nəşr tərəfindən yayımlanan “Əliyevdən Paşinyana tutarlı cavab” başlıqlı yazısından qəzəblənmişdilər.
Bunun daxili siyasi komponenti də var. Redaksiyaya hazırda Ermənistan Konstitusiya məhkəməsinin başçısı Qrayr Tovmasyanın bacısı Anjela Tovmasyan rəhbərlik edir. Q.Tovmasyanın istefasını Paşinyanın tərəfdarları aktiv şəkildə tələb edir.
Paşinyanın “Mənim addımım” fraksiyası bununla bağlı prosesi başladıb və parlament qanun layihəsini təsdiq edərək, Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi Tovmasyanın postunu tərk edib-etməyəcəyinə qərar verəcək. Hər halda, erməni sosial şəbəkə və “Telegram” kanal istifadəçiləri Yerevanın “Zerkalo” nəşrinə hücumu dəstəkləyiblər.
“Ermənistanda beşinci kolonu təmsil edən medianın qorunması fonunda demokratik dəyərlərin qorunduğunu demək təəccüblüdür. Gənclərdən ibarət qrupun dövlətin maraqları əleyhinə işləyən KİV redaksiyasına yumurtalar atması “antidemokratik” addımdır. Nə qədər ki respublika anti-dövlət agentlərindən, o cümlədən, KİV-lərdən təmizlənməyib, nə qədər ki əvvəlki rejimin ölkəyə qarşı işləyən qolları fəaliyyət göstərir, demokratik dəyərlərə dair tezislər ictimaiyyət üçün gündəm ola bilməz.
Dövlət maraqlarına zidd hərəkət edən agentlərin müdafiəsinə qalxmaq uzaqgörənlik deyil”, - “miatsum”u müdafiə edən erməni teleqram kanallarından biri yazıb.n Ola bilsin ki, növbəti hücum Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” forumunda çıxışı zamanı səsləndirdiyi bəyanatı sərh edən Matenadaranın elmi əməkdaşı Qayane Ayvazyana ediləcək: “Qorxulu Əliyev nağılını və yüksək tribunalardan “Ararat – bizim dağımızdır, bizim dağımızdır, bizim dağımızdır” (erməni mahnısı – red.) ruhlu xarici siyasət mətnlərini eşitmək istəmirəm”.
“Mən cəsarətli erməni mətbuatının və diplomatların Əliyevin Soçidəki bəyanatına münasibətini oxudum. O, Nikol Paşinyanın irəli sürdüyü iki ziddiyyətli məqama cavab verdi: A. “Qarabağ – Ermənistandır və nöqtə”, B – münaqişənin həlli Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Əliyev öz növbəsində “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyib...
Cavabı danışdığın ruhda almaq təbiidir. Erməni mətbuatında dolaşan ikinci hissədə isə o, “Dağlıq Qarabağ xalqı yoxdur, eyni hüquqlara malik Ermənistan və Azərbaycan xalqlarından ibarət Dağlıq Qarabağ əhalisi var” söyləməklə Ermənistan baş nazirinə ağlabatan söz deyib. Bu çox savadlı bir sözdür, mən erməni tərəfinin buna reaksiyasını eşitmək istəyirəm”, - Qayane Ayvazyan yazıb.
Qısası, erməni tərəfinin balanslaşdırılmış qiymətləndirmələri bununla başa çatır. Siyasətçilərin, məmurlarıın və ekspertlərin böyük hissəsi isterikaya qapılaraq, qəribə bəyanatlar verir, bu isə Ermənistan cəmiyyətinin əksəriyyətinin əhval-ruhiyyəsini başa düşməyə imkan verir.
Belə ki, misal üçün, Ermənistan Demokratik partiyasının lideri Aram Sarkisyan “Sputnik Ermənistan”a müsahibəsində Azərbaycan prezidentinin Soçidəki çıxışına toxunaraq, bildirib ki, Bakı ilə hüquq dilində danışmaq lazımdır. Axı Azərbaycan da beynəlxalq hüquqa riayət olunmasında, hüquq dilində danışmaqda israrlıdır.
Erməni siyasətçi İlham Əliyevin çıxışından o qədər narahat olub ki, ümumi təkliflər paketini hazırlayıb ATƏT-in Minsk qrupunun həmsədrlərinə təqdim edilməsi üçün bütün diasporların da iştirak etdiyi ümumermənistan forumunun çağırılmasını təklif edib.
Erməni analitiklər qəzəblənib:
“Lavrov Əliyevi “Qarabağ – Azərbaycandır. Və nida işarəsi” fikrinə görə tənqid edəcək? Yoxsa danışıqlar “Qarabağ – Ermənistandır və nöqtə” bəyanatı ilə yavaşlayır? Onları sakitləşdirmək olar. Azərbaycan prezidentinin ifadəsi bütün dünya tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü həqiqətini təsdiqləyir. Erməni baş nazirin fikirləri isə Azərbaycana qarşı ərazi iddialarının təqdimatıdır.
Ermənistan Xarici İşlər Nazirliyi də guya sülh prosesini təhdid edən Azərbaycanın “maksimalist mövqe” elan etməsi ilə fərqlənib. Növbəti dəfə: Azərbaycan Prezidentinin bəyanatı bir həqiqətdir. Dünyanın siyasi xəritələrində Qarabağ Azərbaycanın bir hissəsidir. Azərbaycan torpaqlarının işğalı, Ermənistandan başqa dünyanın heç bir dövləti tərəfindən tanınmayıb, onlar da de-yure deyil, yalnız de-fakto tanıyıb.
“Panorama” nəşri xəbər verir ki, öz növbəsində Ermənistan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan hesab edir ki, İlham Əliyevin cavabı Bakının Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini göstərir.
Lakin erməni tərəfi sülhə sadiqdir. Hansı sülhə? Qonşu dövlətin torpaqlarını işğal edən dövlət bəyan edir ki, ələ keçirilmiş ərazilər Ermənistandır? Erməni liderlərinin məntiqi sadəcə yoxdur. Ancaq bəzi ekspertlərin, məsələn, yuxarıda məlumat verdiyimiz Qayane Ayvazyan kimilərin Ermənistan hakimiyyəti üçün getdikcə daha çox sualları yaranır...

Kainat.tv