Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO

Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd, iqtisadçı-alim Vüqar Bayramov Sumqayıt, Bakı, Qaradağ, Şirvan və Sabirabaddan sonra Füzuli rayonunda ilk görüşünü Horadiz seçiciləri ilə keçirib.

Reyting.az-a verilən məlumata görə, coşğulu qarşılanmadan mütəəssir olan Vüqar Bayramov “Mən də Sizin kimi çətin həyatı, o ağır illəri görmüş insanlardanam. Düşünürəm ki, eyni statusa sahib insanlar bir-birlərinin problemlərini daha yaxşı anlamaq, onların həllinə dəstək olmaq imkanına malikdirlər”, - deyib.


Vüqar Bayramov bildirib ki, o ağır illərdə yaşadığım çətinliklər ona həm təhsil, həm də digər sferada daha aydın, daha çatıla bilən hədəflərin müəyyənləşdirilməsinə imkan yaradıb.

Deputatlığa namizəd niyə məhz 84 saylı dairədən namizədliyini verməsinin səbəblərini də açıqlayıb: “Mən də məcburi köçkünəm, özümü Sizdən ayırmıram. Düşündüm ki, Füzuli rayonundan dəstək alıb parlamentdə təmsil olunacağım halda daha çox işlər görə bilərəm, daha çox həmyerlimə, bütövlükdə xalqıma dəstək ola bilərəm”.

V. Bayramov seçicilərlə fəaliyyət planlarını da bölüşüb: “Hər zaman çalışıram ki, müstəqil, obyektiv mövqeyimi saxlayaraq insanlarımızın sosial, iqtisadi problərinin həllinə yardımçı olacaq təklif mexanizmi hazırlayıb gərəkli qurumlara təqdim edim. İndiki dövr üçün vacib və əhəmiyyətli olan yeni müstəvidə millət vəkili-seçici münasibətlərinin formalaşmasına nail olmaqdır. 9 fevralda hər birinizi seçkiyə dəvət edirəm. Kimi daha savadlı, potensiallı, layiqli bilirsinizsə, kimin fəaliyyət planı Sizə inadırıcı və vacib görünürsə, o şəxsə də səs verin”.

Digər çıxışçı, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev deyib ki, Vüqar Bayramov təkcə dünyada tanınmış iqtisadçı deyil, həm də əsl vətənpərvərdir: “Hər birimizin problemləri var, ancaq Sizin - məcburi köçkünlərin çətinlikləri daha çoxdur. Bu insanların problemlərini araşdırmaq və həll etmək üçün gərək buranın, burada yaşayanların problemlərini öz problemi kimi görən deputatlar olsun. Vüqar Bayramova səs verəcəyiniz təqdirdə, onun xalq üçün faydalı şəxslərdən olacağına inanıram”.

Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Qalib Hüseynov isə deyib ki, Vüqar Bayramov nəinki Füzuli rayonunun problemlərinin araşdırılmasına, eyni zamanda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara dəstək verən şəxslərdəndir.

Görüş seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirə və sual-cavabla davam edib.

Kainat.tv


Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO


Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO


Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO


Vüqar Bayramov Füzulidə möhtəşəm kampaniyaya başladı - FOTO