MINNƏTDARLIQ

MINNƏTDARLIQ

Ölkəmizin səhiyyə sahəsində işini bilən, işinə sədaqətli, vicdanlı həkimlərimiz az deyil. Kimliyindən aslı olmayaraq xəstələrə sevgi vicdanlı həkimləriin dəyərini daha çox artırır. Elə başa düşülməsin ki, bizlər həkimlər haqqında ayrı, seçkilik edirik. Əsla elə deyil. Sadəcə öz dəyərlərini bilən həkimlərimizə DƏYƏR verməyi özümüzə borc hesab edirik. Belə həkimlərimiz arasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Endokrinologiya şöbəsinin müdiri Aynur xanım Hümbətova, müalicə həkimi Gülxanım Qurbanova kimi çox dəyərli şəxslərin olması alqışa layiqdir.

Səmimi olaraq deyə bilərik ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri, onlara pənah gətirən xəstələrin şəfa tapması naminə əllərindən gələni əsirgəmir, nəvaziş göstərirlər.
Var olsun dəyərli həkimlərimiz, var olsun sağlam, şəffav səhiyyəmiz...!
Onu da qeyd edim ki, xəstələrə göstərdikləri nümunəvi xidmətə görə, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin həkimlərinə, böyük tibb bacısı Ülviyyə xanım Əlizadəyə, təcrübəli tibb bacıları Elnarə xanıma, Minayə xanıma, Afaq xanıma, Hicran xanıma, Asifə xanıma və texniki işçilərə çox sağ ol deyir, dərin hörmətimi və təşəkkürümü bildirirəm!

Aqil Adiloğlu
Kainat.tv-nin təsisçisi və Baş redaktoru



MINNƏTDARLIQ