Yevlax sakini prezidentə müraciət etdi - torpağı zəbt edildi məhkəmə qərəzli höküm çıxardı (VİDEO)

Yevlax sakini prezidentə müraciət etdi -  torpağı zəbt edildi məhkəmə qərəzli höküm çıxardı (VİDEO)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oktay Əsədova

Surəti: Kainat TV-nin Redaksiyasına

Müraciət


Bizim bu müraciətimiz 16 nəfərdən ibarət 4 az təminatlı ailə tərəfindən ünvanlanıb. Ailə üzvlərimizin əksəriyyəti məcburi köçkün ailələridir. Bizim maddi vəziyyətimiz kənd təsərrüfatına bağlıdır. 2013-cü ilə qədər dövlətimiz tərəfindən xüsusi mülkiyyətimizə verilmiş pay torpağımızdan dolanırdıq. 2013-cü ildə Yevlax rayonu ərazisində yerləşən Hava Limanının genişləndirilməsi ilə aparılan yenidənqurma işləri zamanı Yevlax rayonun Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli qərarı ilə bizə verilmiş 12,43 hektar pay torpağı əlimizdən zorla alınaraq hava limanının ərazisinə qatılıbdır. Əvəzinə isə bizə başqa yerdən nə torpaq vermədilər, nə də kompensasiya ödəmədilər. Bizim ailə 7 ilə yaxındır ki, çıxılmaz vəziyyətdədir. Torpaqlarımızı əlimizdən zorla almaqları azmış kimi, Azalın nümayəndəsi Etibar adlı şəxs dəfələrlə bizə hədə-qorxu gəlməkdən belə çəkinmədi. Biz bu barədə aidiyyati orqanlara, o cümlədən Azalın rəhbərliyinə müraciət etsək də, bu günə kimi heç bir nəticəsi yoxdur. Yevlax rayon İcra Hakimiyyəti bizə deyir ki, torpağınızı Azal qanunsuz zəbt eləyib, sizə torpağı da Azal verməlidir. Bu torpaq bizə Ulu Öndərin apardığı aqrar islahat nəticəsində verilib. Bu gündə onun layiqli davamçısı möhtərəm Prezidentimiz kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı göstərir.

Cənab prezident, hər zaman çalışmısınız ki, digər sahələr kimi kənd təsərrüfatı da inkişaf etsin, insanlar yaxşı dolansın. Amma Sizin etimad göstərərək vətəndaşlara xidmət etmək üçün təyin etdiyiniz məmurlar isə əksinə, vətəndaşların xüsusi mülkiyyəti olan pay torpağın əlindən alıb acınacaqlı vəziyyətə salırlar. Bununla əlaqədar sözü gedən torpaq sahəsi Yevlax rayonu ərazisində olduğundan biz 09.03.2018-ci il tarixində Yevlax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik. Bir il sürən məhkəmə prosesində 17 aprel 2019-cu il tarixdə Yevlax rayon Məhkəməsində Cavadova Günay İsmayıl qızının hakimliyi ilə qərəzli hökm çıxarıldı, beləki, hakimin qərarına görə bizə, yəni 4 ailəyə heç bir torpaq sahəsi verilməyəcək, və ya əlimizdən hədə-qorxu gəlməklə alınan torpağa görə, bizə 6 ildə vurulan maddi-mənəvi ziyana görə heç bir kompensasiya veilmədi. Ümidimiz yenə boşa çıxdı.

Hörmətli Redaksiya, sizdən xahişimiz odur ki, bizim müraciətimizi yuxarı distansiyalara çatdırasınız. Qoy cənab Prezidentimiz bilsin ki, onun təyin etdiyi məmurlar vətəndaşlarla maraqlanmır, əksinə onları incidir. Hətta vəzifəsindən sui istifadə edərək əmlaklarını da qeyri-qanuni əlindən alırlar.


İmzalar:


1. Vəliyev Musa Əlican oğlu (Şəxsiyyət vəsiqəsi AZE № 13124780)

2. Əliyeva Mahirə Misir qızı (Şəxsiyyət vəsiqəsi AZE № 09238886)


3. Vəliyev Möhübbət Əlican oğlu (Şəxsiyyət vəsiqəsi AZE № 16905033)

4. Vəliyev Təbriz Musa oğlu (Şəxsiyyət vəsiqəsi AZE № 18063964)


Kainat.tv