Şantajçı və narkotik alverçisi Şəfəq Ağacan həbs edildi - sayt rəhbərinin qaranlıq şəbəkəsində daha kimlər var

Şantajçı və narkotik alverçisi Şəfəq Ağacan həbs edildi - sayt rəhbərinin qaranlıq  şəbəkəsində daha kimlər varBakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Bildirilir ki, xanım redaktor illərdi jurnalist adı altında qara işlərlə məşğul olub. Beləki, Daxili İşlər nazirliyinin vəzifəli şəxslərin adından istifadə etmə, idarə müəssə rəhbərini videoya çəkib hədələyərək pul qoparma, narkotik vasitələrdən istifadə və satma ilə məşğul olmuşdur. “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) bu qara işlərdə tək olmayıb. Jurnalistin yaxın ətrafından sızan informasiyaya görə, Raqif və Emin adlı şəxslərdə bu şəbəkəyə daxildir. Həmin şəbəkə illərdi vəzifəli şəxsləri şantaj edib, narkotik alüdəçi olublar. Paytaxtda onlarla aptek rəhbərləri də bu şəbəkədən ciddi əziyyət çəkdiyi də daxil olan məlumatlar sırasındadır. İddialara görə onlar öz narkotik təlabatlarını ödəmək üçün apteklərdən satışı qanunla qadağan olunmuş vasitələr alaraq həm istifadə edib həmdə şantaj edərək qazanc əldə ediblər...
Qeyd edək ki, həbs edilən şəbəkənin rəhbəri “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacandır. (Şəfəq Ağacan qızı Ağabalayeva)

Faktla bağlı araşdırma aparılır. ONA xəbər agentliyi