İtkin düşən Ayselin qardaşı DANIŞDI: “Taksi ilə gedib” - VİDEO

İtkin düşən Ayselin qardaşı DANIŞDI: “Taksi ilə gedib” - VİDEOBakıda 14 yaşlı qız itkin düşüb.

Kainat.tv xəbər verir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısı Aysel Salahovanın itkin düşdüyünü deyib: “Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel ayın 12-si 13-nə keçən gecə evdən xəlvət çıxıb. 14 yaşı var. Evdən heç kimin xəbəri yoxdur. İcazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb. Evdə söz-söhbət olmayıb”.