Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI

Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir.

Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.
Prezident yeni icra başçılarını qəbul edərkən bildirmişdi ki, islahatlar davam edəcək. İlham Əliyev gəncləşmənin təkcə yaş məsələsində deyil, həm də təfəkkürdə olmasını da xüsusilə vurğulayıb.
Məlum məsələdir ki, bir sıra rayonlarda icra başçılarından mediada çoxsaylı şikayətlər yazılıb. Bu məsələyə Prezident də toxunmuşdu.
O, qeyd etmişdi ki, rayonlarda baş verənlərlə bağlı bir çox hallarda ona icra başçıları tərəfində yalan məlumatlar çatdırılır:

“Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır”.

İlham Əliyev məhz bunları nəzərə alaraq icra hakimiyyətlərində islahatları sürətləndirib və prosesin davam edəcəyi gözlənilir.

Bəs görəsən uzun müddətdir icra hakimiyyətlərində yüksək vəzifə tutan və ya illərdir icra başçısı postunda olanlar kimlərdir?

BAKU.WS-un bununla bağlı araşdırmasını təqdim edirik:


Şahin Məmmədov (60 yaş) -
2004-2005 – Samux Rayon İcra Hakimiyyətinin başçısı,
26 dekabr 2005-ci ildə indiyə qədər – Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı - 15 il

Taleh Qaraşov (60 yaş) -
1996-2002 – Kürdəmir rayonunun icra başçısı,
2002-2006 – Cəlilabad rayonunun icra başçısı,
2006-2011 – Neftçala rayonunun icra başçısı,
2011-2012 – Astara rayonunun icra başçısı,
2012-ci ildən bu günə qədər Lənkəran şəhərinin icra başçısı - 23 il

Nizaməddin Quliyev (65 yaş) -
2009-2019 – Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
5 aprel 2019-cu ildən indiyə kimi – Ağstafa rayonunun icra başçısı - 10 il

Novruz Novruzov (65 yaş) -
1995-2002 – Lerik Rayon İcra Hakimiyyətinin başçısı,
2002-2007 – Goranboy Rayon İcra Hakimiyyətinin başçısı,
2007-2019 – Şabran Rayon İcra Hakimiyyətinin başçısı,
5 aprel 2019-cu ildən indiyə kimi – Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı - 24 il

Xəzər Aslanov (49 yaş) -
2006-2012 – Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı,
10 aprel 2012-ci ildən indiyə kimi Xızı Rayon İcra Hakimiyyətinin başçısı
– Azərbaycanlı dövlət xadimi Qəşəm Aslanovun oğlu,
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik. Rövşən Aslanovun qardaşıdır.
- 13 il

Ramiz Həsənov (58 yaş) -
2001-2011 – Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini,
26 aprel 2011-ci ildən indiyə kimi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı,
Baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır. - 18 il

Eyvaz Hüseynov (60 yaş) -
2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.
Milli qəhrəman İbad Hüseynovun qardaşıdır - 27 il

Vilyam Hacıyev (62 yaş) -
1999-2002 – Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri,
2002-2004 – Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini,
2004-2006 – Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı,
2006-2012 – Samux Rayon İcra Hakimiyyətinin başçısı,
14 aprel 2012-ci ildən indiyə kimi İmişli Rayon İcra Hakimiyyətinin başçısı - 20 il

Rövşən Sadıxov (59 yaş) -
2000-2001 – Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini,
2005-2006 – İsmayıllı rayon İcra hakimiyyətinin başçısı,
2006-2011 – Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini,
2011-ci ildən indiyə kimi Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini - 19 il

Aqil Məmmədov (59 yaş) -
2008-2013 – Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini,
4 mart 2013-cü ildən indiyə kimi Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı - 11 il

Ceyhun Cəfərov (54 yaş) -
2006-2011 – Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
2011-2014 – Tərtər Rayon İcra Hakimiyyətinin başçısı,
16 aprel 2014-cü ildən indiyə kimi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı - 13 il

Lütvəli Babayev (60 yaş) -
1999-2005 – Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri,
2005-2007 – Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,
14 dekabr 2007-ci ildən indiyə kimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı - 20 il

Süleyman Mikayılov (57 yaş) -
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti,
13 may 2005-ci il – 21 dekabr 2005-ci il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı,
2005-2010 – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı,
4 mart 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı - 16 il

Adil Məmmədov (67 yaş) -
1994-2002 – Oğuz Rayon İcra Hakimiyyətinin başçısı,
2002-2004 – Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı,
2004-2011 – Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı,
26 aprel 2011-ci ildən Qobustan Rayon İcra hakimiyyətinin başçısı - 25 il

Malik İsaqov (66 yaş) -
8 sentyabr 2001-ci ildən indiyə kimi Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı - 18 il

Şair Alxasov (61 yaş) -
18 dekabr 2007-ci ildən indiyə kimi Qusar Rayon İcra Hakimiyyətinin başçısı - 12 il

Aqil Nəzərli (43 yaş) -
1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.
2008-2016 – Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri,
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri,
3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən,
16 iyun 2016-cı ildən isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı - 20 il

Qəzənfər Ağayev (58 yaş) -
24 mart 2006 – 30 sentyabr 2006 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı,
2006-2012 – Masallı Rayon İcra Hakimiyyətinin başçısı,
14 aprel 2012-ci ildən indiyə kimi Astara Rayon İcra Hakimiyyətinin başçısı - 13 il

İsmayıl Vəliyev (60 yaş) -
2005-2011 – Qobustan Rayon İcra Hakimiyyətinin başçısı,
26 aprel 2011-ci ildən Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı - 14 il

İlqar Abbasov (61 yaş) -
2004-2005 – Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı,
21 dekabr 2005-ci ildən indiyə kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı - 15 il

Asif Əsgərov (53 yaş) -
2006-2009 – Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı,
2006-2009 – Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı,
2 sentyabr 2015-ci ildən indiyə kimi Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı - 13 il

Eldar Əzizov (62 yaş) -
1999-2000 – Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini,
2000-ci ilin martından iyuna qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini,
2000-2003 – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,
2003-2011 – Gəncə Şəhər İcra hakimiyyətinin başçısı,
2011-2015 – Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı,
2015-2018 – Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı,
2018-ci il 16 iyuldan 15 noyabra qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini,
15 noyabr 2018-ci ildən indiyə kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı - 20 il

Siraqəddin Cabbarov (60 yaş) -
28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri,
Təsərrüfat şöbəsinin, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır.
2008-2019 – Saatlı Rayon İcra Hakimiyyətinin başçısı,
17 may 2019-cu ildən indiyə kimi Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı - 30 il

Nazim İsmayılov (67 yaş) -
1991-1992 – Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
1992-1994 – Göyçay Rayon Xalq Deputatları Sovetinin sədr müavini,
1994-2001 – Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
2001-2006 – Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,
2006-2011 – Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı,
2011-2019 – Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,
17 may 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı. - 28 il

Alı Qocayev (72 yaş) -
2000-2004 – Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru,
2005-2012 – Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı,
18 aprel 2012-ci ildən indiyə kimi Samux Rayon İcra Hakimiyyətinin başçısı - 19 il

Zakir Fərəcov (65 yaş) -
2005-2015 – Abşeron Rayon İcra Hakimiyyətinin başçısı,
2 sentyabr 2015-ci ildən indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı - 14 il

Elxan Usubov (59 yaş) -
2007- 2011 – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı,
2011-ci il 23 maydan indiyə kimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı,
Elxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur. - 12 il

Mərdan Camalov (63 yaş) -
18 aprel 2005-ci ildən indiyə kimi Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı - 14 il

Bayram Səfərov (69 yaş) -
2009-cu il 27 fevraldan indiyə kimi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı,
2009-cu il iyunun 5-dən indiyə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri - 10 il

Vidadi İsayev (60 yaş) -
2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini,
2005-2011 – Tərtər Rayon İcra Hakimiyyətinin başçısı,
3 mart 2011-ci ildən indiyə kimi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı - 15 il

Müstəqim Məmmədov (50 yaş) -
2006-2012 – Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini – şöbə müdiri,
2012-2014 – Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri,
7 may 2014-cü ildən indiyə kimi Tərtər Rayonu İcra Hakimiyətinin başçısı - 13 il

Nəriman Əsgərov (55 yaş) -
2006-2011 – Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini,
2011-2016 – Qazax Rayon İcra Hakimiyyətinin başçısı,
19 may 2016-cı ildən indiyə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı - 13 il

Əziz Əzizov (56 yaş) -
2006-2018 – Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı,
2 fevral 2018-ci ildən indiyə kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı - 13 il