Sadiqliyin və qətiyyətin özü - Vilayət Eyvazov

Sadiqliyin və qətiyyətin özü - Vilayət Eyvazov

Ölkəmizin inkişafı, dünya dövlətləri arasında millətimizə layiq yer tutması, xalqımızın mütərəqqi amallarla özünəxas tərəqqi yolu seçməsi, heç şübhəsiz, bu gün hamıya və hər kəsə gün kimi aydındır.

Və oda məlumdur ki, bu yolun təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda onun layiqli davamçısı İlham Əliyev tərəfindən daha da möhkəmlənir.
Azərbaycanın real mənzərəsi daxili və xarici arenada müstəqil bir dövlətin vurduğu möhürün silinməz əksidir. İlham Əliyevin qətiyyətli və inamlı addımları ölkə daxilində sabitliyin və tərəqqinin qarantıdır. İstisnasız deyə bilərik ki, belə məsələlərdə ölkə başçısının apardığı kadr siyasəti də çox böyük rol oynayır.
Yaxınlarda Prezidentin sərəncamı ilə Vilayət Eyvazovun Daxili İşlər Naziri təyin olunması kadr siyasətinin çox dolğun və dürüst isbatı oldu. DİN-də birinci müavin kimi işləyərkən Vilayət Eyvazov peşəkar, ləyaqətli, işgüzar, qanunların aliliyi naminə bilik və bacarığını əsirgəməyən əsl zabit kimi özünü təsdiq etmişdir. Düzdü, DİN-də yüksək vəzifə tutmamışdan öncə də V.Eyvazov harda işləməsindən asılı olmayaraq həmişə haqqın, ədalətin yanında olmuş, vətəndaşın pozulmuş hüquqlarının bərpası üçün daim mübarizə aparmışdır. Bir sözlə xalqa,millətə xidməti şərəf borcu bilmiş, öz işilə, sadiqliyi ilə prezidentin etimadını doğrultmuşdur. Bu qətiyyətli vətən övladı illər öncə Qarabağ savaşında erməni separatçılarına qarşı döyüşəndə də bu vətənin , bu millətin bir parçası olduğunu bir daha subuta yetirmişdir.
Ən nəhayət, ölkəmizdə, xüsusən paytaxt Bakımızda sabitliyin təmin olunması, separatçı və cinayətkar ünsürlərin zərərsizləşdirilməsi, vətəndaşların sakit və dinc yaşamaları üçün Eyvazov qətiyyəti həmişə sipər olmuşdur.
Nazir təyin olduğu ilk günlərdən V.Eyvazovun atdığı addımlar, gördüyü işlər göz qabağındadır. O, kimliyindən və statusundan asılı olmayaraq qanunun hamı üçün eyni olduğunu, vəzifə səlahiyyətindən istifadə edənlərin dərhal cəzalanacağını hər addımda cəmiyyətə çatdırması, qətiyyətli nazirin hər zaman vətəndaşın yanında olduğunun xəbərçisidir.
Bu gün qətiyyətlə deyə bilərik ki, Prezidentin kadr seçimi ilə bağlı atdığı hər addım xalqımızın rifah halının yüksəlməsinə, dinc və sabit yaşamasına, gələcək nəsillərə nümunəvi, intizamlı cəmiyyətin miras qalmasına hesablanıb. DİN-in yeni təyin olunmuş naziri Vilayət Eyvazovun timsalında buna bir daha şahid olduq.
Var olun Prezident, işinizdə müvəffəqiyyətlər cənab Nazir!


Sadiqliyin və qətiyyətin özü - Vilayət Eyvazov



Tanıtım:

Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
20 İyun 2019-cu ildə Prezidentin sərəncamı ilə Daxili İşlər Naziri təyin edilib.
Ailəlidir. Üç övladı var.

Kainat.tv