WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb

WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb2019 - cu ilin dekabrında Ukraynanın Kiyev şəhərində keçirilən WAKO üzrə WIZARD OPEN KING 2019 - Beynəlxalq turnirdə Azərbaycan Kikboksinq Federasiyasının "Sərhədçi Klubundan" Dünya çempionu Fuad Zeynalovun rəhbərliyi ilə idmançımız yarışda iştirak edib.

Çox agır keçən döyüşdə idmançılarımız vətənə 7 medalla dönüblər. Elməddin Baxşəliyev, Elcan Alıkişiyev, Elşad Şahbazov qızıl medal, Vüsal Kazımov, Zöhrab Əsədov gümüş medal, Məqsəd Hacıyev və Nihad Hüseynov isə bürünc medalla geri dönübər.

Qeyd edək ki, qızıl medalla yer tutan idmançımız Elməddin Baxşəliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, istər ölkədə, istərsə də beynəlxalq yarışlarda iştirak edərək yüksək yerlərdən birini tutan idmançılarımızdandır. Hər zaman üçrəngli bayrağı zirvələrdə uca tutan mərd vətən oglu Elməddin Baxşəliyev dünyanın yarış arenasında Azərbaycan adını uca tutmaq üçün böyük səy göstərərək yüksək nəticələr əldə edir. Dövlətə, vətənə məhəbbət və sədaqət ruhunda irəliləyən idmançımız Elməddin Baxşəliyev Azərbaycan adını və şərəfini hər zaman uca tutur.

Hər bir yarışda Beynəlxalq arenada üçrəngli bayrağımızı zirvələrə qaldıran Elməddin Baxşəliyevə və digər bütün idmançılarımıza uğurlar arzulayıram!

Hər zaman zəfər xəbərləri ilə
Samir Xanaliyev


WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb WAKO üzrə WIZARD - OPEN RING 2019 - Beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıb