Vergilər Naziri iştirakçısı olduğu yarışın açılışını etdi - VİDEO

Vergilər Naziri iştirakçısı olduğu yarışın açılışını etdi - VİDEO

Vergilər Naziri Mikayıl Cabbarov birzamanlar özünün iştirak etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunun XVII dünya çempionatının açılış mərasimini edib.

Kainat.tv xəbər verir ki, sentyabrın 7-də “Boulevard Hotel”də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Vergilər naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Azərbaycanın 11 komanda ilə qatıldığı çempionatda ümumilikdə 29 ölkədən (Azərbaycan, Avstriya, Böyük Britaniya, Belarus, Almaniya, Gürcüstan, İsrail, İspaniya, Qazaxıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Estoniya) 75 komanda iştirak edir. Qeyd edək ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002-ci, 2003-cü və 2004-cü illərdə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ilk dünya çempionatları da məhz Bakı şəhərində keçirilib.
Sayca XVII olan bu çempionatın Azərbaycanda keçirilməsi qərarı 2018-ci il oktyabr 20-də Azərbaycan İntellektual Klublar Assosiasiyasının müraciəti əsasında “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.
Çempionat sentyabrın 8-də başa çatacaq. Qeyd edək ki, Mikayıl Cabbarov 1997-ci il - Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununda iştirak edən ilk azərbaycanlı olub. O, 1997-ci ilin sözügedən intellektual oyununun yay sessiyasında iştirak edib. Rəqibləri oyun zamanı onu nə qədər sıxışdırmağa çalışsalar da, əsəblərinə hakim olan M.Cabbarov beşillik oyunların qalibi seçilib.