Azərbaycan - Xorvatiya oyunu isveçrəli referiyə tapşırıldı

Azərbaycan - Xorvatiya oyunu isveçrəli referiyə tapşırıldıAzərbaycan - Xorvatiya oyununun hakimləri məlum olub.

AFFA-nın yaydığı xəbərə görə, Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununa təyinatlar açıqlanıb.
Oyunun baş hakimi Sandro Şerer, onun köməkçiləri Stefane De Almeyda, Sladan Yosipoviç, dördüncü hakim isə Fedayi San olacaq.
Hakimlər briqadası İsveçrədəndir.

Qeyd edək ki, oyun sentyabrın 9-u saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

Kainat.tv