Bakıdakı finalda London derbisi

Bakıdakı finalda London derbisi
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşib.

“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan “topçular” cavab qarşılaşmasında da qalib gəlib – 4:2. Bununla da London klubu finala yüksəlib.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi “Çelsi” Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı cavab matçının əsas vaxtında da təkrarlanıb. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:3 hesabı ilə qalib gələn “Çelsi” finala yüksəlib.

Beləliklə, finalda iki London klubu – “Arsenal” və “Çelsi” oynayacaq.

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) – 1:1 (Penaltilər seriyası – 4:3)
Qollar: Loftus-Çik, 28 (1:0), Yoviç, 49 (1:1)
İlk oyun – 1:1

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) – 2:4
Qollar: Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun – 1:3