Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - FOTO

Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları -  FOTO

Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yaralılar - 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleymandır. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, qəza nəticəsində 15 nəfər xəsarət alıb, bir nəfər 1983-cü il təvəllüdlü Elbrus Hüseyn oğlu Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Kainat.tv


Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları -  FOTO