Lənkəranda 8 yaşlı nəvə nənəsini bu avtomobillə vurub öldürdü - VİDEO

Lənkəranda 8 yaşlı nəvə nənəsini bu avtomobillə vurub öldürdü - VİDEO
Kainat.tv “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bədbəxt hadisə ötən gecə Lənkəran şəhərinin Mirzə Məhəmmədhüseyn Axund küçəsi , ev 190 ünvanında baş verib. Belə ki, Zaur Ağayev avtomobilini yaşadığı həyətində saxlayıb. Evin 8 yaşlı uşağı nəzarətsiz halda sükan arxasına keçib və avtomobili işlək vəziyyətə gətirib. Qəfildən hərəkətə gələn avtomobil uşağın nənəsi, 62 yaşlı Zahirə Ağayevaya ayaq nahiyəsindən ciddi xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Zahirə Ağayeva bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçünMəhkəmə Tibbi Ekspertiza və Pataloji AnatomiyaMərkəzinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.