Paytaxtda avtomobil dayanacağa çırpıldı: yaralılar var - VİDEO

Paytaxtda avtomobil dayanacağa çırpıldı: yaralılar var - VİDEO

"Gənclik" metrosunun yaxınlığında qəza baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, 90TK 210 dövlət nömrə nişanlı "Volksvagen Passat" markalı avtomobil əvvəl maneəyə, sonra isə dayanacağa çırpılıb. Qəza nəticəsində sürücü və yanındakı sərnişin xəsarət almasa da, dayanacaqda olan iki nəfər yaralanıb.
Yüngül xəsarət alan gənc oğlan və qıza əraziyə cəlb edilmiş təcili yardım maşınında ilkin tibbi yardım göstərilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, qızı dayanacaqda duran bir gənc ölümdən xilas edib.
Zərbənin təsirindən dayanacaqda qırılan şüşələr qızın üzünü kəsib. Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Kainat.tv