“Sədərək”dəki yanğında polislərin fədakarlığı – VİDEO

“Sədərək”dəki yanğında polislərin fədakarlığı – VİDEO

Avqustun 4-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisindəki anbarlardan birində baş verən yanğının söndürülməsi zamanı xəsarət alanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olub.

Kainat.tv “Report”a istinadla xəbər verir ki, polis əməkdaşları yanğının söndürülməsində, anbardakı məhsulların çıxarılmasında və xəsarət alanların əraziyə cəlb olunmuş təcili tibbi yardım maşınlarına aparılmasında fədakarlıq nümayiş etdiriblər. Xilasetmə zamanı bir neçə polis əməkdaşı tüstüdən zəhərlənib.
Qeyd edək ki, yanğın zamanı xəsarət alması ilə bağlı ümumi müraciət edənlərin sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib. Qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həmçinin 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin, qalanlar isə yanğının söndürülmasində iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.