Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi - VİDEO

Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi - VİDEO

Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, aeroport yolunda baş verib. Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə “VAZ-2107” markalı avtomobili arxadan vurur. Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Kainat.tv