Bakıda dəhşətli qəza - VİDEO

Bakıda dəhşətli qəza - VİDEO

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kainat.tv "Report"-a istinadən xəbər verir ki, hadisə Xocasən-Sədərək avtomobil yolunda qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Renault-Logan" markalı minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb 1-i yaralanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.