Zaqatalada motosiklet qəzası: ölən və yaralanan var - VİDEO

Zaqatalada motosiklet qəzası: ölən və yaralanan var - VİDEO

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə ötən gün gecə saatlarında rayonun 3-cü Tala kəndi ərazisində baş verib. Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Xəlilov idarə etdiyi qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək motosikleti yolun kənarındakı ağaca vurub. Qəza nəticəsində Qurban Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Motosikletdə olan sərnişin,onun həmkəndlisi 31 yaşlı Xəyal Zurabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Kainat.tv