Taleh Qaraşov da seçkidə qurban gedəcək..?

Taleh Qaraşov da seçkidə qurban gedəcək..?"Özünün bütün varlığı ilə seçkilərə "daxil olan" Lənkəranın icra başçısı Taleh Qaraşov əslində qanunlara görə, açıq şəkildə hüquq pozuntusuna yol verməkdədir".

Bu sözləri Kainat.tv-yə yazan lənkəranlılar bildirirlər ki, Taleh Qaraşov sanki kimdənsə əmr alıbmış kimi 9 fevral seçkilərinin nəticələrinə təsir etməyə çalışır.


Sakinlər yazır: "Taleh Qaraşov bu gün YAP namizədlərinin əlində seçki maşınına çevrilib. Halbuki cənab Prezident məhz bu cür icra başçılarının cəzalanacağını dəfələrlə vurğulayıb. İndi belə davam edərsə, Taleh Qaraşov seçkilərin ilk qurbanlrından biri olacaq. Bunu sübutlarla biz təsdiqləyəcəyik və inanırıq ki, hörmətli ölkə rəhbərliyi bu gün özünü Hadı Rəcəbli kimi xalqdan uzaq düşmüşlərin vəkili kimi aparan Taleh Qaraşova da layiqli cəza verəcək".

Qeyd edək ki, redaksiyamıza daxil olan müraciətdə əlavə ittihamlar da var ki, bu barədə sübutlar təqdim olunandan sonra daha geniş bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. (DİA.AZ)

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...