DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır

Yenixeber.org-un elektron poçtuna bir qrup Göyçay rayon sakinləri tərəfindən müraciət daxil olub. Müraciətdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyətindən bəhs olunur. Yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki çabalarımız nəticəsiz oldu:

DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır "Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirik.

Belə ki, Kamran Xəlilov bayramlarda işçilərə verilən mükafatları və prezidentin sərəncamına əsasən işçilərin əmək haqlarının artırılan hissəsini zorla işçilərdən tələb edir alır. Bu qanunsuzluğa etiraz edən işçiləri isə işdən azad edəcəyi ilə hədələyir. Kamran Xəlilov hay salıb danışır ki, “Gömrük generalı mənim qohumumdur, şikayət etsəniz də nazir Sahil Babayev mənə heç nə edə bilməz”. Kamran Xəlilovun qeyd etdiyimiz hərəkətləri cənab prezidentin siyasətinə daban-dabana ziddir.
Cənab prezident, cənab nazir, Kamran Xəlilovu yaxın qohumu (əmisi oğlu), gömrük generalı Ehtiram Xəlilov himayə edir.
Kamran Xəlilov hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə hərbi xidmətə yararsız hesab edilib. Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq, belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bunun da bir səbəbi isə onun arxasında əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov həqiqətən də dəli kimi dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib: "Dəliyə yer ver, əlinə bel ver".
2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlu sayda rayon sakininə saxta əmək stajı təyin etdirib və dövlətə külli miqdarda zərərlər vurub. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon Məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanuniləşdirir, nəticədə külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var.

Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Nazirliyin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur".
Odur ki, hərbi-həkim komissiyası tərəfindən "ruhi xəstəlik"ə görə Kamran Xəlilovun orduya yararsız hesab edilməsi faktının yoxlanılması, Kamran Xəlilovun 10 illik fəaliyyətinin yoxlanılması və işçilərdən qanunsuz alınan pulların işçilərə geri qaytarılmasına göztəriş verməyinizi xahiş edirik".

İmza; Göyçay rayon sakinlər

Əlyev Mürvət Nizami oğlu: Göyçay şəhəri Nizami küçəsi ev 43
Səmədov Əli Qasım oğlu
Quliyeva Səmayə Tələt qızı
Məmmədova Mahirə Usubəli qızı
Rəhimova Böyükxanım Əliheydər qızı
Kamilov Fərhad Oqtay oğlu
Nəsibov Vaqif Fəttah oğlu