Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO

Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO

Balakən rayon bazarında antisanitariya baş alıb gedir. Dəfələrlə bu barədə mediada və sosial şəbəkələrdə məlumatlar yayılsa da, nə Kənd Təsərrüfatı Nazirliyi, nə də Qida təhlükəsizliyi agentliyi bu məsələ ilə bağlı heç bir tədbir görmürlər.

Rayonun mərkəzi bazarının bərbad vəziyyəti bu abadlığa, bu gözəlliyə əməlli-başlı xələl gətirir. Bazarda səliqəsizlikdir, antisanitariya, natəmizlik baş alıb gedir. Kənd təsərrüfatı məhsulları, sənaye malları ayaq altda, tozun-torpağın içində satılır. Bazarın köşklərinin əksəri kinolentlərdə gördüyümüz Asiya və Afrikanın geridə qalmış ölkələrindəki bazarların görkəmini yada salır. Ancaq iki yerdə – girəcək hissədə bir neçə su kranı qoyulmuşdur. Böyük əraziyə malik olan ticarət şəbəkəsinin digər yerlərində isə su kranına rast gəlmək olmur. Buraya gələn küçə asfaltlanmadığından yayda toz-torpaq, qışda palçıq dizə çıxır. Bazarın daxilindəki əksər ərazi də bu gündədir.
Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Nəsib Məhəməliyevin, 2000-2006-cı illərdə Balakən rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə, 1984-cü ildə tikilmiş, Balakən rayon icra hakimiyyətinin balansında olan mərkəzi bazarı Azərbaycan respublikasının dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovla iş birliyi quraraq, dövlətə külli miqdarda gəlir gətirən bazarı öz şəxsi maraqları naminə, 1552, 24(yəni min beş yüz əlli iki manat iyirmi dörd qəpiyə) almışdır”. Bu məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, Balakən şəhəri S. Gözəlov küçəsi 43-də yerləşən, Balakən bazarı qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 8430, 8 m sərbəst sahəsi 350 m olmaqla ümumi torpaq sahəsi 8780, 8 m təşkil edir. 16. 06. 2006-cı il tarixli 135 saylı müqaviləyə əsasən, Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi satıcı kimi, alıcı kimi isə Nəsib Məhəməliyevin qaynanası Əhmədova Mina Həybullah qızı göstərilib. Məktub müəllifləri bazarla bağlı daha sonra yazır: “Görəsən ələ keçirilən bazarın pul yığınının idarə olunması hansı qayda ilə aparılıb və aparılmaqdadır? Bazarda təqribən 1000-nəfərə qədər adam yer götürərək xırda sahibkarlıqla məşğul olurlar. Bazarın təməli 1984-cü ildə qoyulduğundan, burada işləyən adamların xeyli hissəsi həmin illərdən işləyənlərdir. Bazarın rəsmi sahibi olan Mina Əhmədova bazarda çalışan, təqribən 1000 nəfərdən hər gün 2 manatdan yer pulu yığır. Digər tərəfdən də hər bir kəsdən tutduğu yerə uyğun olaraq, ayda bir dəfə 30 manatdan başlayaraq daha böyük məbləğlərdə pul yığır. Bütün bunlar hər bir kəs üçün aylıq ödəməli olduğu məbləğlərdir.
Belə gedişlə Mina xanımın (N. Məhəməliyevin) aylıq gəliri kəllə-çarxa çıxır. Külli miqdarda gəlir gətirən qazanc yerini heç Nəsib Məhəməliyev əldən buraxarmı? Dövlət vergi əməkdaşlarının nə həddi var ki, Balakən ASC-ilə bazarda çalışan sahibkarlar arasında əmək müqaviləsinin olub-olmamasını yoxlasınlar? 2006-cı ildən Balakən bazarından əldə edilən xeyli maliyyə vəsaitləri qeyri-qanuni yollarla Nəsib Məhəməliyevin şəxsi hesablarına yatırılır. Balakən bazarında baş verənlərə həddi çatıb etiraz edən şəxs tapmaq olmaz. Buna heç kəsin cürəti çatmaz. Yaşı 60-dan yuxarı olan Mina Əhmədova və yeznəsi Nəsib Məhəməliyevin göstərişi ilə səni elə döydürərlər ki, xəstəxanalıq olarsan.
Ərazidən çəkilmiş fotoları sizlərə təqdim edirik.
Musayev Vüqar Rəcəb oğlu, xüsusi olaraq cumhuriyyet.az üçün

Kainat.tv

Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO


Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynana idarəçiliyi – FOTO