Daxili işlər nazirindən daha bir - TƏYİNAT

Daxili işlər nazirindən daha bir - TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Kainat.tv-nin məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis mayoru Şahid Abdullayev Bərdə rayon Polis İdarəsinin rəis müavini təyin olunub. Qeyd edə ki, o, bundan əvvəl Zaqatala rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin rəisi işləyib.