45 yaşlı Şəmkir sakini öz evində döyüldü

45 yaşlı Şəmkir sakini öz evində döyüldü
Şəmkirdə döyülmə faktı qeydə alınıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Niyazi Əhmədov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, 4 nəfər şəxs yaşadığı evə gələrək ona bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.