“Beyləqan icra hakimiyyətində məni ələ salırlar”: Hərbiçi ailəsindən Prezidentə müraciət -“Get ərin gəlsin”

“Beyləqan icra hakimiyyətində məni ələ salırlar”: Hərbiçi ailəsindən Prezidentə müraciət -“Get ərin gəlsin”
Əsədova Rəmziyyə Nürəddin qızı “RealMedia.az” vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib.

Rəmziyyə Əsədova şikayətində bildirir ki, iki qızı ilə bilrlikdə Beyləqan şəhər 2 saylı yataqxanada yaşayır. Mərhum həyat yoldaşı Əsədov Ələddin Səməd oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olub. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb. Müharibə veteranı və ikinci qurup əlil olub və xəstəliklər cədvəlinin 65b. 82b maddəsinin III qrafasına və ƏTC-ə əsasən Sıradan hərbi xidmətə yararlı olaraq hərbidən ehtiyyata təxris edilmişdir. 27.11.2016-cı il tarixdə hərbi xidmət dövründə aldığı xəsarətə görə vəfat etmişdir.

Rəmziyyə Əsədova Prezident İlham Əliyevə I-ci xanım Mehriban Əliyevaya etdiyi müraciətində Beyləqan rayon 2 saylı yataqxanada şəraitsiz bir vəziyyətdə yaşadığını, bir qızı – Əsədzadə Xatirə Ələddin qızının gözündə zəiflik və eşitməsində ağırlıq olduğunu, özüm isə Mənzil İstismar (JEK)Sahəsində xadiməçi işlədiyini dilə gətirib.

Bildirir ki, Beyləqan rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edərək Qarabağ əlillərinə və Müharibə veteranlarına tikilmiş mənzillərə görə siyahıya alınmağını xahiş etsə də, onun xahişini və haqqlı tələbini təmin eşitməyib, bunun mümkün olduğunu bildiriblər. “Hər dəfəsində mənə eyni sözü deyirlər: “Sizə mənzil düşmür” vəssalam. Mən isə anlaya bilmirəm ki, niyə düşmür.

Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibə veteranlarına, əlillərə hərbi qulluqçulara yüksək diqqət və qayğısını əsirgəmir. Ancaq Vətən-Torpaq uğurunda döyüşmüş və aldığı yara nəticəsində dünyasını dəyişmiş bir hərbiçinin ailəsi üfunət içində yataqxanada yaşayır, dövlətin qayğısından kənarda qalıb.

Sonuncu dəfə yenə də üzümə üz qaralığı çəkib Beyləqan rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin qəbuluna getdib, ondan bir hərbiçi ailəsi olaraq mənzillə bağlı qeydiyyata alınmğımızı xahiş etdim. İcra başçısı və müavini Məhəmməd Qələndərov mənə bunun qeyri mümüknsüz olduğunu bildirdilər. Hətta məni ələ salıb dedilər ki, “get ərin gəlsin”. Bir daha anladım ki, Beyləqan rayonunda Asif Ağayev başda olmaqla icra hakimiyyətində Vətən –Torpaq uğurunda canlarını fəda vermiş hərbiçi ailələrini nəinki, ələ salmaq, onlara yuxarıdan aşağı baxır, zərrə qədər də olsun hörmət qoymurlar.

Odur ki, Sizdən xahiş edirəm hərbiçi ailəsi olaraq, iki qız övladımla birlikdə mənzillə təmin olunmağımız üçün köməklik göstərəsiniz”.

Əsədova Rəmziyyə Nürəddin qızı
09.05.2019-cu il
dosye.org