Ağsu və İsmayıllıda nə BAŞ VERİR! Aytən Səfərova və namizədlər prezidentə müraciət etdi – VIDEO

Ağsu və İsmayıllıda nə BAŞ VERİR!87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin namizədləri İlham Əliyevə videomüraciət ediblər.

Kainat.tv İxa.az-a istinadən bildirir ki, Aytən Səfərova tərəindən youtube kanalına yerləşdirilən müracətdə belə deyilir.

Beləki, Ağsuda keçirilmiş seçkilərdə bütün məntəqələr üzrə aşkar şəkildə qanun pozuntularının olduğu və bu barədə MSK-ya şikayət ərizəsi ilə müraciət olunduğu qeyd olunur.

Lakin MSK-nin komissiyası hələ bu şikayətə heç bir cavab verməyib. Qeyd edək ki, narazı namizədlər seçkinin nəticələrinin ləğv olunmasını tələb ediblər.