Vilayət Eyvazov polkovniki işdən çıxardı

Vilayət Eyvazov polkovniki işdən çıxardı

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Kainat.tv-nin məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. O, sərəncama götürülüb.