Bu ərazilərdə gecəyə qədər su olmayacaq

Bu ərazilərdə gecəyə qədər su olmayacaq

Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Kainat.tv-yə “Azərsu” ASC-dən məlumat verilib. Məhdudiyyətlər gecə saatlarına qədər davam edəcək. Bunun səbəbinin magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı olduğu bildirilir.