Şahmar İbadov, “Range Rover”lə qadını vurub öldürən oğluna bəraət aldı - hakimdən biabırçı höküm

Şahmar İbadov,  “Range Rover”lə qadını  vurub  öldürən oğluna bəraət aldı -  hakimdən biabırçı hökümMAŞINLA YAŞLI QADINI VURUB ÖLDÜRƏN MƏMUR OĞLU BƏRAƏT ALIB

Beləki, KAİNAT.tv-yə verilən məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi Nərimanov rayon icra başçısının müavini Şahmar İbadovun oğlu Elmar İbadovun törətdiyi, ölümlə nəticələnən haisədə bəraət verilib. Bu məhkəmə qərarını Sumqayıt Apellyasiya Məhkəməsi hakim Məhəmmədəli Rzayev çıxarıb.

HAŞİYƏ: Bəraət o deməkdir ki, Ş.İbadovun oğlu Elmarın heç bir günahı olmayıb, qadın xəstə olduğundan maşının qarşısında yıxılaraq, xəsarət alıb və bir neçə gün sonra ölüb. Bu səbəbdən də elmara ilkin məhkəmə instansiyasının verdiyi hökm ədalətsiz olub. Yəni hörmətli Şahmar müəllimin oğlu avtoqəzada heç kəsi öldürməyib, günah öləndədir. Buda ədalət. Əslində kimsə başqa çür gözləmirdi də. Sonucda məmur, oğlunu dəmir barmaqlıqlar arasında saxlamalı deyildi də. Çünki, maşınla vurulub öldürülən qadın nə rəis qızıydı nədəki, məmur arvadı. Belədə olmalıydı. Kimssiz olmağın bədəlin elə kimsəsizlər çəkər. Əsl "ədalət" budur...
Şahmar İbadov,  “Range Rover”lə qadını  vurub  öldürən oğluna bəraət aldı -  hakimdən biabırçı höküm

İddialara görə. Şahmar İbadov, oğlunun bəraət alması və məmur adının təmizə çıxması üçün kisəsinin ağzını açıb, Və prokurorluqda və məhkəmədə işləyən hörmətli dostları ona yaxından kömək edib.

Xatırladaq ki, Abşeron Rayon Məhkəməsi E.İbadov barəsində 5 il müddətinə azadlıqdan məhrum olunma hökmü çıxarmışdı.

Kainat.tv bildirir ki, E.İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub qaçmışdı. Bir neçə gündən sonra isə icra başçısı müavinin oğlu qadın öldükdən sonra saxlanmışdı.

Onuda qeyd edək ki, Şahmar İbadovun adı gözdən əlillər üçün tikilən mənzillərin sağlam vətəndaşlara satıması ilə bağlı 12 milyonluq korrupsiya işində də keçir.
Aqil
kainat.tv