Təhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDI

Təhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDI

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

Metbuat.az xəbər verir ki, əmrə görə, 2019-2020-ci tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də bitəcək. Əmrə uyğun olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Növbəti tədris ilinin tətil günləri də açıqlanıb. Nazirin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmrinə əsasən, aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 25.2. 5 gün qış tətili (27-31 yanvar). 25.3. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Kainat.tv