Heydər Əliyevin nazir təyin etdiklərindən kim qalıb?

Heydər Əliyevin nazir təyin etdiklərindən kim qalıb?

Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 28 aprel 1994-cü ildə Daxili İşlər naziri təyin olunan Ramil Usubov ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olundu.

“Yeni Sabah” bildirir ki, hazırda Azərbaycan hökumətində Heydər Əliyevin yüksək vəzifəyə təyin etdiyi şəxslərin cəmi bir neçəsi qalıb. Onlardan biri Mədəniyyət naziri Əbülfəs Qarayevdir. O, 1994-cü ildə H. Əliyevin əmri ilə Azərbaycanın Gənclər və İdman Naziri təyin edilib. Sonradan nazirliyin adı Gənclər, İdman və Turizm Nazirliyi, daha sonra Mədəniyyət və Turizm Naziriliyi olub. Hazırda isə o Mədəniyyət Naziriyinə rəhbərlik edir.
Heydər Əliyevin nazir təyin etdiyi və hazırda da öz vəzifəsində olan digər şəxs Ədliyyə naziri Fikrət Məmmədovdur. O, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin olunub və 19 ildir ki, eyni postdadır.
Mərhum H. Əliyevin yüksək vəzifəyə təyin etdiyi şəxslərdən danışdıqda Kəmaləddin Heydərovu yada salmamaq olmaz. Düzdür, o, keçmiş prezidentin zamanında nazir vəzifəsinə təyin olunmamışdı, amma Gömrük Komitəsinin sədri olmaq hətta bir sıra nazirliklərlərdən daha yüksək postdur. Heydərov 1995-ci ilin yanvar ayında H. Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında isə İlham Əliyev tərəfindən Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib və hazırda da öz postundadır.

Kainat.tv